“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 29 minə yaxın istehlakçıya xidmət edib

“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 29 minə yaxın istehlakçıya xidmət edib Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Energetika
7 Fevral , 2019 10:45
“Azəriqaz” “ASAN Xidmət” vasitəsilə 29 minə yaxın istehlakçıya xidmət edib

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar ayı ərzində ölkə ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, cari ildə Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 28 759 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi