Yuxarı

"​Azəriqaz": Abonentlərin müraciətlərində azalma müşahidə edilir

Qurum həmçinin abonentləri qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Ölkə ərazisində havanın qarlı və şaxtalı keçməsinə baxmayaraq, abonentlərin qazla təchizatında heç bir problem yaşanmayıb. Bunu "Report"a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

İ.Kərbalayevin sözlərinə görə, vətəndaşların "Qaynar xətt"ə müraciətlərində də azalma qeydə alınıb: "Hər hansı təmir işlərinin aparılması ilə əlaqədar qaz təchizatının planlı şəkildə məhdudlaşdırılması nəzərdə tutulmayıb. Əməkdaşlarımız bütün maddi-texniki vasitələrlə təmin edilib və onlar hər cür ekstremal şəraitə hazırlanıb. Adi günlərə nisbətən son iki gündə abonentlərin "Qaynar xətt"ə müraciətləri də azalıb".

Qurum rəsmisi, həmçinin abonentləri qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi