Yuxarı
    Bağlamaq

    “Azəriqaz” 7 yaşayış məntəqəsinə qaz verib

    Qurum yanvar ayı ərzində 747,2 km yeni qaz kəməri quraşdırıb

    Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün yanvar ayı ərzində 747,2 km yeni qaz kəməri quraşdırıb.

    “Report” “Azəriqaz”a istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 10,2 km qaz kəməri əsaslı təmir olunub.

    Bildirilib ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində 7 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi