“Azəriqaz” 60 minə yaxın mənzilə texniki baxış keçirib

“Azəriqaz” 60 minə yaxın mənzilə texniki baxış keçirib SOCAR: Texniki baxış bundan sonra da davam etdiriləcək
Energetika
13 Aprel , 2016 16:13
“Azəriqaz” 60 minə yaxın mənzilə texniki baxış keçirib

Bakı. 13 aprel. REPORT.AZ/ Bu ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 57 713 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Bildirilib ki, təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İB istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir. 

Son xəbərlər

Orphus sistemi