“Azəriqaz” 32 yaşayış məntəqəsinə təbii qaz verib

“Azəriqaz” 32 yaşayış məntəqəsinə təbii qaz verib Bakı. 12 iyul. REPORT.AZ/ 2018-ci ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 520 km yeni qaz kəməri quraşdırılıb.
Energetika
12 İyul , 2018 16:30
“Azəriqaz” 32 yaşayış məntəqəsinə təbii qaz verib

Bakı. 12 iyul. REPORT.AZ/ 2018-ci ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 520 km yeni qaz kəməri quraşdırılıb.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 114 km qaz kəməri əsaslı təmir olunub.

Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 32 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Son xəbərlər

Orphus sistemi