“Azəriqaz” 26 yaşayış məntəqəsinə təbii qaz verib

“Azəriqaz” 26 yaşayış məntəqəsinə təbii qaz verib Bakı. 4 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 775,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 78,7 km qaz kəməri əsaslı təmir olunub.
Energetika
4 May , 2018 14:46
“Azəriqaz” 26 yaşayış məntəqəsinə təbii qaz verib

Bakı. 4 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 775,4 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 78,7 km qaz kəməri əsaslı təmir olunub.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 26 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Son xəbərlər

Orphus sistemi