"Azəriqaz" 256,3 min mənzilə texniki baxış keçirib

"Azəriqaz" 256,3 min mənzilə texniki baxış keçirib SOCAR: Bundan sonra da texniki baxışlar davam etdiriləcək
Energetika
11 Yanvar , 2016 11:08
Azəriqaz  256,3 min mənzilə texniki baxış keçirib

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən 2015-ci ildə 256 254 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə isytinadən xəbər verir ki, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

"Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək", - deyə qurumdan bildirilib.

“Azəriqaz” İB istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Son xəbərlər

Orphus sistemi