“Azəriqaz” 209 yaşayış məntəqəsinə qaz verib

“Azəriqaz” 209 yaşayış məntəqəsinə qaz verib 2016-cı il ərzində 7 805 km yeni qaz kəməri quraşdırılıb
Energetika
9 Yanvar , 2017 16:19
“Azəriqaz” 209 yaşayış məntəqəsinə qaz verib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2014-2016-cı illər) icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işlər həyata keçirilir.

“Report” xəbər verir ki, bu barədə “Azəriqaz”ın məlumatında qeyd olunub. 

Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün İstehsalat Birliyi tərəfindən 2016-cı il ərzində 7 805 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 279 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində ötən il ərzində 209 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi