“Azəriqaz”: 2019-cu ildə 386 bina qazla təmin olunub

“Azəriqaz”: 2019-cu ildə 386 bina qazla təmin olunub Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.
Energetika
10 Yanvar , 2020 14:44
“Azəriqaz”: 2019-cu ildə 386 bina qazla təmin olunub
Azəriqaz / Report

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi sürətləndirilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlərini davam etdirir.

Belə ki, 2019-cu il ərzində 386 yaşayış binası üzrə 26 630 mənzil, dekabr ayında isə 81 yaşayış binası üzrə 4 536 mənzil təbii qazla təmin olunub.

Son xəbərlər

Orphus sistemi