“Azəriqaz” 19 yaşayış məntəqəsinə qaz verib

“Azəriqaz” 19 yaşayış məntəqəsinə qaz verib Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin I rübündə 775,4 km yeni qaz kəməri quraşdırıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 56,6 km qaz kəmərini əsaslı təmir edib.
Energetika
13 Aprel , 2018 15:07
“Azəriqaz” 19 yaşayış məntəqəsinə qaz verib

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin I rübündə 775,4 km yeni qaz kəməri quraşdırıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 56,6 km qaz kəmərini əsaslı təmir edib.

“Report” quruma istinadən xəbər verir ki, yanvar–mart ayları ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Sabirabad, Lerik, Salyan və Masallı rayonları üzrə 19 yaşayış məntəqəsi qazlaşdırılıb.

Abunəçilərin qazla təchizatında təxirə salınmaz işlər həyata keçirilir. Bununla yanaşı, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

Son xəbərlər

Orphus sistemi