“Azərikimya” özünün enerji tələbatını daxili imkanları hesabına təmin edəcək

“Azərikimya” özünün enerji tələbatını daxili imkanları hesabına təmin edəcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" İstehsal Birliyinin "Etilen-polietilen" zavodunun yenidənqurma layihəsi ilə yanaşı aparılan və artıq sazlama işləri görülən “Yeni yüksək gərginlikli yarımstansiyanın tikintisi” və mövcud “su soyutma qu
Energetika
13 May , 2022 13:15
“Azərikimya” özünün enerji tələbatını daxili imkanları hesabına təmin edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" İstehsal Birliyinin "Etilen-polietilen" zavodunun yenidənqurma layihəsi ilə yanaşı aparılan və artıq sazlama işləri görülən “Yeni yüksək gərginlikli yarımstansiyanın tikintisi” və mövcud “su soyutma qurğusunun genişləndirilməsi” layihələri də yekun fazadadır və bu qurğuların cari ilin ikinci rübündə istismara verilməsi planlaşdırılır.

"Report"un xəbərinə görə, bu barədə zavodun baş mühəndisinin müavini Samir Səlimli bildirib.

Onun sözlərinə görə, yeni (əlavə) buxar turbogenerator qurğusunun inşası ilə zavodda elektrik enerjisinin istehsalı 2 dəfədən çox artacaq.

Belə ki, “Azərikimya” İB özünün enerji tələbatını daxili imkanları hesabına tam təmin edəcək, 35 Mvt/saat izafi elektrik enerjisi isə SOCAR-ın digər istehlakçılarına veriləcək.

S. Səlimlinin sözlərinə görə, Buxar Elektrik Enerjisi İstehsalatı (BEEİ) “Mitsubishi” şirkəti tərəfindən mövcud qurğuya əlavə yeni buxar turbogenerator qurğusu quraşdırılmaqla (UNIPER/SOCAR) zavodun enerji tələbatı tam qarşılayacaq.
.
Hazırda buxar turbogenerator qurğusunun tikintisi layihəsi üzrə proqress təqribən 98 %-dir.

Layihənin cari ilin 3-cü rübündə tamamlanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi