“Azərikimya” ötən ilin istehsal həcmlərini açıqladı

“Azərikimya” ötən ilin istehsal həcmlərini açıqladı Neft-kimya xammalı emalı il ərzində 27% artıb
Energetika
317
1 Sentyabr , 2020 17:33
“Azərikimya” ötən ilin istehsal həcmlərini açıqladı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi tərəfindən 2019-cu ildə 459,2 min ton neft-kimya xammalı emal olunub.

“Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında deyilir. Bu, 2018-ci ilin göstəriciləri ilə müqayisədə 27% çoxdur.

Ötən il ərzində “Azərikimya”da emal olunan məhsuldan 117,2 min ton etilen istehsal edilib ki, bu da daha əvvəlki illə müqayisədə 18,5% çoxdur.

Bu müddət ərzində 88,2 min ton propilen istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 56,7% çoxdur.

Ötən il ərzində “Azərikimya” tərəfindən 94,3 min ton polietilen istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır.

2019-cu ildə 85,2 min ton maye piroliz qətranı istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.

Ötən il ərzində İstehsalat Birliyi tərəfindən 20,3 min ton ağır piroliz qətranının istehsalı həyata keçirilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 29,1% azdır.

Orphus sistemi