Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib Yarışmada Gənc Mühəndislər Cəmiyyətinin komandası birinci yerə layiq görülüb
Energetika
2007
19 Sentyabr , 2017 19:54
Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında 20 sentyabr – Neftçilərin peşə bayramı gününə həsr olunmuş “Xəmsə” bilik yarışması keçiril­ib.

Birlikdən "Report"a daxil olan məlumata görə, “Azərikimya” İB-nin də təmsil olun­duğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, MDU-nun Bakı filialının, Bakı Mühəndislər Universitetinin, Bakı Neft emalı zavodunun, Neft Kəmərləri İdarəsinin, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt Dövlət Texniki kollecinin, SOCAR-ın Təlim, Tədris və Sertifi­kat­laş­dırma İda­rəsinin, Sumqayıt Təlim-Tədris Mərkəzinin, Karbamid zavodunun, FHN-nin Sumqayıt Regional mərkəzinin, Təhsil şöbəsinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, “N” saylı hərbi hissənin, “Asan Xidmət”in, Gənc Mühəndislər Cəmiyyətinin və digər müəssisələrin komandaları da daxil olmaqla 22 komanda qatılıb.

Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilən, üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam edən bilik yarışmasında yüksək bilik səviyyəsi, məntiqi, mühakimə yürütmə qabiliyyəti və hazırcavablıqları ilə seçilən Gənc Mühəndislər Cəmiyyətinin komandası birinci, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. FHN Sumqayıt Regional Mərkəzinin komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb.

«Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutmuş komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə sevincləri arzulayıb.

Qalib komandalara «Azərikimya» İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitə­si tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub. Həmçinin Bakı Ali Neft Məktəbinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb.  

Son xəbərlər

Orphus sistemi