“Azərikimya”da Neftçilər günü münasibətilə tədbir keçirilib

“Azərikimya”da Neftçilər günü münasibətilə tədbir keçirilib "Azərikimya” nın təltif etdiyi 10 nəfər kimyaçıya fəxri fərman və pul müfafatı təqdim olunub
Energetika
20 Sentyabr , 2016 14:36
“Azərikimya”da Neftçilər günü münasibətilə tədbir keçirilib

Bakı.20 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində 20 sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

“Report”a İB-dən verilən məlumata görə, tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev artıq 7 ildir ki, böyük neftçilər ailəsi ilə birgə peşə bayramlarını qeyd edən kimya­çıları bu gün mü­na­sibətilə təbrik edib. O, Azərbaycanın regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmə­sində, iqtisadi inkişaf tempinə görə dünyada öncül bir möv­qeyə çıxmasında Azərbaycan neftçilərinin böyük əməyi, müstəsna xidmətləri olduğunu bildirib. M.Babayev mütəmadi olaraq neft sənayesinin inkişafındakı müstəsna xidmətlərinə görə fəxri adların verməsini, onların orden və medallarla təltif etməsini ölkə başçısının Azərbaycan neft-kimya sənayesi işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü, onların əməyinə verlən ən yüksək dəyər kimi qiymətlən­dirib, “Tərəqqi” medalına layiq görülmüş “Azərikimya”nın əməkdaşlarına – Xəqani Babayevə, Vüqar Kərimova, Telman Məmmədova, həmçinin SOCAR prezidentinin əmri ilə fəxri fərman və pul mükafatı ilə təltif olunmuş Etilen-polietilen zavodunun Qazayırma sahəsinin aparatçısı Mətanət Qasımovaya, metroloji təminat və avtomatika sahəsinin çilingəri Murad Məmmədbəyova, Təmir-tikinti İdarəsinin 2 saylı Mexaniki quraşdırma sahəsinin çilingəri Sevdiyar Şahbazova, 2 saylı İzolyasiya sahəsinin izoləedici-plyonkaçısı Nazim Mailova və “İlin ən yaxşı kimyaçı” müsabiqəsində qalib adını qazanmış Raqif Rəhimova xoş arzularını çatdırıb.

Tədbir boyu “Azərikimya” İB-də həyata keçirilən yenidənqurma işləri, qazanılmış texniki nailiyyətlər, əməkçilərin is­teh­sa­lat fəaliyyəti, onların ildən-ilə yaxşılaşmaqda olan sosial-mədəni həya­tı dolğunluğu ilə foto-slaydlar vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda “Azərikimya” İB tərəfindən təltif olunmuş 10 nəfər kimyaçıya fəxri fərman və pul müfafatı, həmçinin neft, qaz və kimya sənayesi işçilərinin XXIV Spartakiadasında idmanın 14 növü üzrə mübarizə apararaq mühüm nailiyyətlər əldə etmiş əməkdaşlara qiymətli hədiyyələr təqdim olunub.

Son xəbərlər

Orphus sistemi