Yuxarı

​"Azərikimya"da Milli Qurtuluş günü qeyd olunub

Kimyaçılar ümummilli lider Heydər Əliyevin Sumqayıtdakı möhtəşəm abidəsini ziyarət ediblər

Bakı. 16 iyun. REPORT.AZ/ Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. 

SOCAR-dan "Report"a verilən məlumata görə, kimyaçılar öncə ümummilli lider Heydər Əliyevin Sumqayıtdakı möhtəşəm abidəsini ziyarət edib, önünə güllər düzüblər.

Birliyin akt zalında davam etdirilən tədbirdə çıxış edənlər 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə qayıdışını xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı kimi qiymətləndirib və bildirib ki, bildirib ki, bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Bildirilib ki, ümummili lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb. Ulu öndər Heydər Əliyevin neft-kimya sənayesinə göstərdiyi xüsusi diqqətdən danışan natiqlər 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün zəmin yarandığını söyləyib, Sumqayıtın və kimya sənayesinin inkişaf və tərəqqisinin bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu vurğulayıb.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində yorulmadan çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib. 

O əminliklə bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı daha qüdrətli bir ölkəyə çevirəcək və beynəlxalq aləmdə onun mövqeyini daha da möhkəmləndirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi