"Azərikimya"da "2 fevral - Gənclər Günü"nə həsr olunmuş tədbir keçirilib

"Azərikimya"da "2 fevral - Gənclər Günü"nə həsr olunmuş tədbir keçirilib Tədbirdə 10 gəncə Fəxri Fərman və pul mükafatları təqdim olunub
Energetika
2 Fevral , 2017 16:06
Azərikimyada 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyində “2 fevral - Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, tədbirdən öncə kimyaçı gənclər Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Gənclər həmçinin yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi ilə də tanış olublar. 

“Azərikimya”daə keçirilmiş tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 1-də imzalanmış Sərəncama əsasən hər il fevralın 2-si Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynamaqla bərabər, dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və digər sahələrdə təmsil olunaraq, cəmiyyətin inkişafına öz töhfələrini verirlər. 

Natiqlər vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Tədbirin sonunda Etilen-polietilen zavodunun 5, Təmir-tikinti İdarəsinin 3 və İdarəetmə Aparatının 2 əməkdaşı olmaqla 10 gəncə Fəxri Fərman və pul mükafatları təqdim olunub.

Son xəbərlər

Orphus sistemi