​"Azeri LT CIF" bahalaşmaqda davam edir

​"Azeri LT CIF" bahalaşmaqda davam edir Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,39 dollara bərabərdir
Energetika
28 Yanvar , 2016 09:31
​Azeri LT CIF bahalaşmaqda davam edir

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,51 dollar yaxud 1,51% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 34,39 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi