Azərbaycan nefti daha 1% bahalaşıb

Azərbaycan nefti daha 1% bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,76 dollara bərabərdir
Energetika
9 Oktyabr , 2015 09:38
Azərbaycan nefti daha 1% bahalaşıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,58 dollar yaxud 1,07% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,76 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi