“Azərenerji” Zəfər Günü ilə bağlı tədbirlər keçirib

“Azərenerji” Zəfər Günü ilə bağlı tədbirlər keçirib Şəhid ailələri, qazilər də daxil olmaqla iştirakçıların çıxışları olub və yekunda Vətən Müharibəsində, o cümlədən müharibədən sonra Qarağabağ və Şərqi Zəngəzurda energetika infrastrukturunun yaradılmasında iştirak edən energetiklər mükafatlandırılıb
Energetika
9 Noyabr , 2021 13:27
“Azərenerji” Zəfər Günü ilə bağlı tədbirlər keçirib

8 noyabr Zəfər Günü ilə bağlı “Azərenerji” ASC-nin Bakıda və rayonlarda yerləşən müəssisələrində təntənəli bayram tədbirləri keçirilib.

“Report”un “Azərenerji”yə istinadən verdiyi məlumata görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən Müharibəsində göstərdiyi şücayəti özündə əks etdirən tədbirlərdə hazırda “Azərenerji”də işləyən və digər qazilər, o cümlədən şəhidlərin ailə üzvlərinin iştirakıyla ağacəkmə aksiyası baş tutub. Sonra rəsm sərgisi, şəhidlər baralefi ilə tanışlıq, yekunda pandemiya qaydalarına uyğun olaraq akt zalında bayram tədbiri keçirilib.

Şəhid ailələri, qazilər də daxil olmaqla iştirakçıların çıxışları olub və yekunda Vətən Müharibəsində, o cümlədən müharibədən sonra Qarağabağ və Şərqi Zəngəzurda energetika infrastrukturunun yaradılmasında iştirak edən energetiklər mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi