“Azərenerji”yə 40 milyon manat ayrılıb

“Azərenerji”yə 40 milyon manat ayrılıb Bakı. 25 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.
Energetika
25 Dekabr , 2018 17:54
“Azərenerji”yə 40 milyon manat ayrılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncam energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədi daşıyır. 

Sərəncamla energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 40 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi