“Azərenerji” yanvarda 2,1 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib

“Azərenerji” yanvarda 2,1 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib Bakı. 2 fevral. REPORT.AZ/ “Azərenerji” ASC bu ilin yanvar ayında 2,123 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. 
Energetika
2 Fevral , 2018 16:39
“Azərenerji” yanvarda 2,1 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib

Bakı. 2 fevral. REPORT.AZ/ “Azərenerji” ASC bu ilin yanvar ayında 2,123 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. 

Bunu “Report”a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,041 mlrd. kVt/saat yaxud 1,9% azdır.

Y.Babanlı qeyd edib ki, ötən ay qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi də qarşılıqlı şəkildə həyata keçirilib: “Azərenerji”nin son dövrlərdə yeni generasiya güclərinin yaradılması istiqamətində əldə etdiyi nailiyyətlər, bu istiqamətdə gerçəkləşdirilən irimiqyaslı layihələr və ölkənin elektrik enerjisi sektorunun müxtəlif seqmentlərində görülən genişmiqyaslı işlərin nəticəsidir ki, 2018-ci ilin yanvar ayında enerji təhlükəsizliyi, elektrik enerjisi ilə bağlı heç bir problemin olmaması prinsipi qorunub-saxlanılıb, istehlakçılar tələbatlarına uyğun olaraq, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub. “Azərenerji” "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlayıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görüb”.

Son xəbərlər

Orphus sistemi