“Azərenerji” xüsusi növbətçilik rejiminə keçib

“Azərenerji” xüsusi növbətçilik rejiminə keçib Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərenerji” ASC-də xüsusi növbətçilik rejiminə keçilib və hazırlıq yüksək dərəcədə gücləndirilib.  Bunu “Report”a “Azərenerji”nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Energetika
29 Dekabr , 2017 11:13
“Azərenerji” xüsusi növbətçilik rejiminə keçib

Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərenerji” ASC-də xüsusi növbətçilik rejiminə keçilib və hazırlıq yüksək dərəcədə gücləndirilib.  Bunu “Report”a “Azərenerji”nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, elektrik enerjisi sisteminin müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsi yüksəlib: “Son illər Azərbaycan elektrik enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi nəticəsində bu sahənin dayanıqlığı daha da möhkəmlənib və müxtəlif vəziyyətlərə hazırlıq səviyyəsi yüksəlib. Bu nöqteyi-nəzərdən, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları ərəfəsində “Azərenerji"nin struktur vahidinə daxil olan qurumların fəaliyyətində hər hansı problemin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib”.

"Hazırda enerji sistemi dispetçer qrafikinə uyğun işləyir. Dəyişən mövsüm, hava şəraiti, küləyin sürətinin artması nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb. Belə vaxtlarda, qeyri-iş günlərində istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji”nin struktur vahidinə daxil olan qurumlarında hər hansı ciddi səbəb olmadan problemin yaranması gözlənilmir”, - deyə şirkət rəsmisi qeyd edib.

Y.Babanlı əlavə edib ki, istehlakçıların bu günlərdə elektrik enerjisi ilə təmin edilməsində heç bir fasilə gözlənilmir: "Bu istiqamətdə görülən işlər və qabaqlayıcı tədbirlər bunu deməyə əsas verir".

Son xəbərlər

Orphus sistemi