"Azərenerji" təkliflər sorğusu keçirir

"Azərenerji" təkliflər sorğusu keçirir "Azərenerji" ASC “Qobu” Elektrik Stansiyasının tikinti-quraşdırma və istismara verilməsi işləri ilə bağlı təkliflər sorğusu elan edib.
Energetika
224
3 Sentyabr , 2020 12:04
Azərenerji təkliflər sorğusu keçirir

"Azərenerji" ASC “Qobu” Elektrik Stansiyasının tikinti-quraşdırma və istismara verilməsi işləri ilə bağlı təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğunun məqsədi gücü 385 MVt olan stansiyasının tikinti-quraşdırma və istismara verilməsi işləri, enerjisistemə inteqrasıyası layihəsi üzrə yarımstansiyaların tikintisi, yenidənqurulması, elektrik şəbəkəsində genişləndirmə və elektrik veriliş xətlərinin tikinti-quraşdırma işlərinin satın alınmasıdır. 

Sorğuda iştirak etmək üçün sənədlər sentyabrın 7-i, saat 15:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Akademik Ə.Əlizadə küçəsi, 10 ünvanında yerləşən inzibati binasına təqdim edilməlidir.

Maraqlanan təşkilatlar (012) 598-26-96; (012) 497-09-27; (012) 598-05-56 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər

Orphus sistemi