"Azərenerji" sentyabrda elektrik enerjisi istehsalını 5% artırıb

"Azərenerji" sentyabrda elektrik enerjisi istehsalını 5% artırıb Bu ilin 9 ayında isə istehsal 3% azalıb
Energetika
6 Oktyabr , 2016 11:47
Azərenerji sentyabrda elektrik enerjisi istehsalını 5% artırıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayında Azərbaycanda 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Report" “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə təxminən 5% çoxdur. Ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilib.

Bu ilin ilk 9 ayı ərzində isə ölkədə 16,5 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal olunub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3% azdır.

Son xəbərlər

Orphus sistemi