"Azərenerji" payız-qış mövsümünə hazırlaşır

"Azərenerji" payız-qış mövsümünə hazırlaşır Avqust ayında xidməti ərazilərdə xeyli miqdarda əsaslı və cari təmirlər həyata keçirilib
Energetika
5 Oktyabr , 2015 19:13
Azərenerji payız-qış mövsümünə hazırlaşır

Bakı. 5 oktybar. REPORT.AZ/ “Azərenerji” ASC payız-qış mövsümünə hazırlığı davam etdirir. “Mingəçevir REŞ”dən bildirilib ki, avqust ayında xidməti ərazilərdə xeyli miqdarda əsaslı və cari təmirlər həyata keçirilib.

"Report"un "Azərenerji"yə istinadən verdiyi xəbərə görə, iki ədəd 20-35 kilovoltluq, bir ədəd isə 6-10 kilovoltluq yağ açarı əsaslı təmirdən çıxarılıb. Həmin avadanlıqların analoji olaraq üçündə və beşində cari təmir işləri görülüb. Bununla bərabər, 6-10 kV-lik avadanlıqda 8 ədəd vakuum açarı cari təmirdən çıxarılıb.

Cari təmirlər sırasına iki ədəd 110 kilovoltluq güc transformatoru, bir ədəd 220 kV-lik , altı ədəd isə 110 kV-lik eleqaz açarları daxildir. Üç ədəd 220 kV-lik yağ açarı da təmirçilər briqadası tərəfindən cari təmir edilərək işlək vəziyyətə gətirilib.

Avqust ayında “Mingəçevir Yüksək Gərginlikli Elektrik Verilişi” xəttinin xidməti personalı 110 kilovoltluq 1-ci “Gəncə” hava xəttinin 124 və 133 saylı dayaqlarında 18 ədəd izolyatoru yenisi ilə əvəz edib. O cümlədən 110 kV-lik 1-ci “Şəhər” hava xəttində əsaslı təmir işləri aparılıb. Onlar tərəfindən 18,32 və 33 saylı aralıq dayaqlarda olan 44 ədəd PSD-70 markalı izolyatorları dəyişdirib, 6 saylı anker dayaqda isə qırılmış şleyfə şunt qoyaraq əvvəlki vəziyyətinə gətirilib.

Şəbəkənin Yevlax sahəsinin energetikləri isə 110 kilovoltluq 3-cü “Yevlax” hava xəttinin 53, 55, 66 və 107 saylı aralıq dayaq­larındakı PSD-70E markalı 40 ədəd izolyatoru yeniləri ilə əvəzləyiblər.

"Mingəçevir REŞ" MMC-nin kollektivi cari və əsaslı təmir işlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi