Azərbaycanın elektrik enerjisi ixracı 23% artıb

Azərbaycanın elektrik enerjisi ixracı 23% artıb ​“Azərenerji” ötən rüb elektrik enerjisi istehsalını 2,5% artırıb
Energetika
2 Aprel , 2019 11:32
Azərbaycanın elektrik enerjisi ixracı 23% artıb

Azərenerji” ASC 2019-cu ilin yanvar-mart ayları ərzində 6,151 mlrd. kVt/s elektrik enerjisi istehsal edib. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 153 mln. kVt/s və ya 2,5% çoxdur. Belə ki, ötən ilin birinci rübündə 5,998 milyard kVt/s elektrik enerjisi istehsal edilmişdi.

Bundan əlavə elektrik enerjisinin ixracı da ötən ilin birinci rübü ilə müqayisədə artırılıb. Əgər 2018-ci ilin birinci rübündə qonşu ölkələrə 131 mln. kVt/s elektrik enerjisi ixrac edilmişdisə, 2019-cu ilin birinci rübündə 161 mln. kVt/s ixrac edilib. Bu isə 30 mln. kvt/s və ya 23% artım deməkdir.

Bir faktı da qeyd edək ki, 2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə elektrik enerjisinin istehlakı 3,41 faiz artıb. Ən əsası isə ötən ilin mart ayı ilə müqayisədə bu ilin mart ayında istehlak 6,1% çox olub ki, bu da kifayət qədər ciddi artım olmaqla yanaşı, elektrik enerjisinə artan tələbat tempinin getdikcə yüksəldiyini göstərir.   

Son xəbərlər

Orphus sistemi