"Azərenerji" ötən ay istehsal etdiyi elektrik enerjisinin həcmini açıqlayıb

"Azərenerji" ötən ay istehsal etdiyi elektrik enerjisinin həcmini açıqlayıb Bu rəqəm illik müqayisədə 3% azalıb
Energetika
5 Sentyabr , 2017 15:23
Azərenerji ötən ay istehsal etdiyi elektrik enerjisinin həcmini açıqlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında “Azərenerji” ASC 2,009 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.

“Report” quruma istinadən xəbər verir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 60 mln. kVt/saat və yaxud 2,9% azdır.

Məlumatda həmçinin deyilir ki, bu dövr ərzində qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi