“Azərenerji” ötən ay elektrik enerjisi istehsalını 3% artırıb

“Azərenerji” ötən ay elektrik enerjisi istehsalını 3% artırıb Bu ilin mart ayında qurum 1,964 mlrd. KVt/s elektrik enerjisi istehsal edib
Energetika
4 Aprel , 2017 11:43
“Azərenerji” ötən ay elektrik enerjisi istehsalını 3% artırıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin mart ayında Azərbaycanda 1,993 mlrd. KVt/s elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,05 mlrd. KVt/s yaxud 2,57% çoxdur. 

Bu barədə “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib. 

Onun sözlərinə görə, ötən ay təmsil etdiyi qurum tərəfindən istehsal edilmiş elektrik enerjisinin həcmi isə 1,964 mlrd. KVt/s olub. Bu da  2016-cı ilin martına nisbətən 0,05 mlrd. KVt/s yaxud 2,56% çoxdur:

“Bununla yanaşı, ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib" - deyə Y.Babanlı qeyd edib.