"Azərenerji" ötən ay 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib

"Azərenerji" ötən ay 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında “Azərenerji” ASC 1,965 mlrd. kVt/saat həcmində elektrik enerjisi istehsal edib.
Energetika
6 Dekabr , 2018 12:15
Azərenerji ötən ay 2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edib
0 : 00
0 : 00

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayında “Azərenerji” ASC 1,965 mlrd. kVt/saat həcmində elektrik enerjisi istehsal edib.

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Xatırladaq ki, ötən ilin noyabr ayında bu rəqəm 1,73 mlrd. kVt/saat olub.

“Ay ərzində ölkə enerji sisteminin əlaqəli olduğu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. Hazırda energetika sektorunun əsas subyektlərindən olan “Azərenerji” qarşısında müəyyən edilən yeni prioritetlər və hədəflər əsasında “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə işlənib hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı” çərçivəsində aparılan fundamental yenidənqurma tədbirləri və genişmiqyaslı müasirləşdirmə prosesi sürətlə davam etdirilir”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi