“Azərenerji” ötən ay 1,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib

“Azərenerji” ötən ay 1,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib Bakı. 2 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında “Azərenerji” ASC 1,733 mlrd.kVt/saat elektrik enerjisi istehsal edib. 
Energetika
2 Noyabr , 2017 15:35
“Azərenerji” ötən ay 1,7 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında “Azərenerji” ASC 1,733 mlrd.kVt/saat elektrik enerjisi istehsal edib. 

Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 113 mln. kVt/s, yaxud 6,1% azdır.

Y.Babanlı deyib ki, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb. Bundan başqa, Strateji Yol Xəritəsi çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən tədbirlər davam etdirilib. “Azərenerji” ASC ötən ay istehlakçıları tələbatlarına uyğun olaraq, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edib. Texniki tələblərə uyğun itkilər qeydə alınıb”.

Son xəbərlər

Orphus sistemi