Yuxarı
    Bağlamaq

    "Əhmədli" yarımstansiyasında yaranan problem həll olunub - YENİLƏNİB

    “Azərenerji”nin stansiyasında baş verən qısaqapanma Xətai rayonunu işıqsız qoyub

    Bakı. 5 yanvar. REPORT.AZ/ Gecə saatlarında “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında baş vermiş qısaqapanma nəticəsində avadanlıqlarda bir sıra fəsadlar yaranıb və Xətai rayonunun Mehmandarov, Məhəmməd Hadi küçələri, Gəncə prospekti və s. yaşayış massivlərində elektrik enerjisi təchizatında fasilələr yaranıb. Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    T.Mustafayevin sözlərinə görə, yaxın saatlarda elektrik enerjisinin verilişi tam bərpa olunacaq: “Azərenerji” ASC və “Azərişıq” ASC əməkdaşlarının birgə operativ səyləri nəticəsində baş vermiş fəsadlar aradan qaldırılaraq yaxın bir saat ərzində elektrik enerjisi təchizatı tam bərpa olunacaq. Yaranmış narahatçılığa görə, “Azərişıq” abonentlərdən üzr istəyir".

    ***

    “Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasında paylaşdıran texniki qurğular sistemində baş vermiş fasilə aradan qaldırılıb. Bu barədə “Report”a “Azərenerji”nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

    Qurumun rəsmisi bildirib ki, tədbirlər nəticəsində bölmədə elektrik enerjisinin verilişi bərpa edilib.

    “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə “Report”a açıqlamasında bildirib ki, qəza nəticəsində işığı kəsilmiş abonentlərin əksəriyyətinin elektrik enerji ilə təminatı bərpa edilib: "Qalan binalara isə işıq yaxın dəqiqələr ərzində veriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi