"Azərenerji"nin SOCAR-a 2015-ci ilədək olan borcu tam bağlanıb

"Azərenerji"nin SOCAR-a 2015-ci ilədək olan borcu tam bağlanıb Süleyman Qasımov: "SOCAR borc müqabilində Metanol Zavodunun sahibinə çevriləcək"
Energetika
27 Aprel , 2016 15:22
Azərenerjinin SOCAR-a 2015-ci ilədək olan borcu tam bağlanıb

Bakı. 27 aprel. REPORT.AZ/ "Azərenerji" ASC-nin 2015-ci il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 416 mln. manat borcu olub. Keçən ilin dekabr ayında məhkəmə səviyyəsində uzunmüddətli mübahisələr olub. Sonda hökumətin "Azərişığ"a dövlət subsidiyası verilməklə onun "Azərenerji"yə olan borcu, "Azərenerji"nin də SOCAR-a olan borcu tam bağlanıb. 

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər Avropa Klubunun üzvləri ilə görüşdə bildirib. 

Bununla belə, S.Qasımov qeyd edib ki, 2015-ci ildə 314 mln. manat yeni borc yaranıb, bu ilin I rübündə isə borc təxminən 30 mln. manat artıb: "Düşünürük ki, Metanol Zavodunun Beynəlxalq Banka olan borcunun müqabilində zavodun aktivləri Beynəlxalq Bank tərəfindən qiymətləndirilərək SOCAR-a satışı reallaşmalıdır. Artıq qiymətləndirimə şirkətləri işləri tamamlayıb. Qiymətləndirmənin nəticəsindən asılı olaraq, əlavə borclar da sərəncama uyğun olaraq, SOCAR-a ödəniləcək və SOCAR bunun müqabilində Metanol Zavodunun sahibinə çevriləcək", - deyə SOCAR rəsmisi qeyd edib.

Qeyd edək ki, "Azərenerji" qismində SOCAR-a borcu yaranan dövlət hazırda Beynəlxalq Bankın (ABB) əsas təsisçisi kimi ödənilməyən kreditə görə ABB-nin girovundakı Metanol Zavodunun aktivlərini Dövlət Neft Şirkətinin sərəncamına vermək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi