Azərbaycan elektrik enerjisi ixracını 18%-dən çox artırıb

Azərbaycan elektrik enerjisi ixracını 18%-dən çox artırıb Bu ilin yanvar-noyabr aylarında “Azərenerji” ASC 75,9 mln dollarlıq elektrik enerjisi ixrac edib.
Energetika
28 dekabr 2019 08:37
Azərbaycan elektrik enerjisi ixracını 18%-dən çox artırıb

Bu ilin yanvar-noyabr aylarında “Azərenerji” ASC 75,9 mln dollarlıq elektrik enerjisi ixrac edib. 

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda göstərilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 mln dollar, yaxud 18,22% çoxdur.

Xatırladaq ki, Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi mübadiləsini həyata keçirir. Azərbaycan bu il mayın 1-dən etibarən Gürcüstan və Türkiyədən tranzit keçməklə Yunanıstana, həmçinin Gürcüstan və Türkiyə ilə yanaşı, Bolqarıstandan da keçməklə Rumıniya və Macarıstana da elektrik enerjisi ixrac edir.

Son xəbərlər

Orphus sistemi