“Azərenerji”nin əməkdaşları ağacəkmə aksiyasına qoşulub

“Azərenerji”nin əməkdaşları ağacəkmə aksiyasına qoşulub “Azərenerji” ASC-nin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub.
Energetika
26 Noyabr , 2022 15:31
“Azərenerji”nin əməkdaşları ağacəkmə aksiyasına qoşulub

“Azərenerji” ASC-nin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən növbəti genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub.

Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, aksiya Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş tutub. Aksiyada "Azərenerji”nin və nazirliyin rəsmiləri iştirak edib, 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3000 ədəd şam, zeytun və şərq çinarı ağacları əkilib.

Aksiyaların əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin mühafizəsinə, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.

Son xəbərlər

Orphus sistemi