“Azərenerji” Modul Elektrik Stansiyalarında təmir-bərpa işlərinə başlayıb

“Azərenerji” Modul Elektrik Stansiyalarında təmir-bərpa işlərinə başlayıb Bakı. 28 yanvar. REPORT.AZ/ Ötən ilin iyul ayının 3-də elektrik enerji sistemində yaranan böhranın aradan qaldırılması üçün hazırlanan “Reabilitasiya Planı” çərçivəsində aparılan işlərin sırasına modul tipli elektrik stansiyaları da daxil edilib və artıq bir həftədir ki, “Səngəçal”, “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib.
Energetika
28 Yanvar , 2019 15:14
“Azərenerji” Modul Elektrik Stansiyalarında təmir-bərpa işlərinə başlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Ötən ilin iyul ayının 3-də elektrik enerji sistemində yaranan böhranın aradan qaldırılması üçün hazırlanan “Reabilitasiya Planı” çərçivəsində aparılan işlərin sırasına modul tipli elektrik stansiyaları da daxil edilib və artıq bir həftədir ki, “Səngəçal”, “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib. 

Bu barədə “Report”a “Azərenerji” ASC-nin Mətbuat mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, təmir-bərpa işlərinin aparılması üçün “Wartsila” şirkəti ilə bağlanan müqaviləyə əsasən, ilk partiya avadanlıq və ehtiyat hissələri stansiyalara gətirilib və quraşdırılmaqdadır. Növbəti partiya avadanlıq və ehtiyat hissələrinin aprel ayına qədər gətirilməsi və ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılıb:

“Qeyd edək ki, təmirə qədər mühərriklər aşağı güclə və fasilələrlə işləyirdisə, təmirdən sonra qoyuluş gücünə yaxın və daha dayanıqlı işləyəcək. Başqa sözlə, “Səngəçal” ES-də mühərriklərin hər biri təmirə qədər 14 MVt güclə işlədiyi halda, təmirdən sonra 16 MVt-a çatdırılması nəzərdə tutulub. “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” ES-lərdə isə mühərriklərin hər birinin gücü orta hesabla 5,5 MVt-dan 8,1 MVt-ya çatdırılacaq. Nəticədə 200 MVt-dan artıq itirilmiş güc bərpa olunacaq”.

Son xəbərlər

Orphus sistemi