"Azərenerji": Masazırın enerji təminatında fasilə yaranacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

"Azərenerji": Masazırın enerji təminatında fasilə yaranacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir Bakı. 24 iyul. REPORT.AZ/ “Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bəzi Kütləvi İnformasiya Vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Energetika
24 İyul , 2018 19:50
Azərenerji: Masazırın enerji təminatında fasilə yaranacağı ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Bakı. 24 iyul. REPORT.AZ/ “Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bəzi Kütləvi İnformasiya Vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "Report"a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu, elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz: "Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, “Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər".

Son xəbərlər

Orphus sistemi