"Azərenerji" ixrac gəlirlərini 45 % artırıb

"Azərenerji" ixrac gəlirlərini 45 % artırıb Bu ilin yanvar-aprel aylarında "Azərenerji" ASC 587 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
Energetika
19 May , 2022 11:10
Azərenerji ixrac gəlirlərini 45 % artırıb

Bu ilin yanvar-aprel aylarında "Azərenerji" ASC 587 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin dəyəri 33 milyon 502 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2 % az və 44,6 % çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,3 %, qeyri-neft sektoru üzrə ixracında isə 3,5 % paya malik olub.

Son xəbərlər

Orphus sistemi