Bu ilin yanvar-iyun aylarında “Azərenerji” ASC 12 152,4 milyon kVt/s elektrik enerjisi istehsal edib.
"Report" quruma istinadən xəbər verir ki, bu, ölkə üzrə elektrik enerjisi istehsalının 89,9%-i deməkdir.
Hesabat dövründə səhmdar cəmiyyətinə məxsus İES-lərdə 11 252,8 milyon kVt/s, SES-lərdə isə 899,6 milyon kVt/ enerji istehsal olunub.
Bundan başqa, 6 ay ərzində Naxçıvan MR-da 210,9 milyon kVt/s, o cümlədən yerli İES-lərdə 120,4 milyon kVt/st, SES-lərdə 62,2 milyon kVt/s, GES-lərdə isə 28,3 milyon kVt/s, “Azərişıq” ASC-yə məxsus KES-lərdə 32,7 milyon kVt/s, müstəqil elektrik stansiyalarında isə 1 124,5 milyon kVt/s enerji istehsal edilib.
I yarımildə ölkədə elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % artaraq 13 520,5 milyon kVt/st olub.