“Azərenerji” İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçib

“Azərenerji” İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçib Yəhya Babanlı deyib: "İş qrafiki vaxta görə uyğunlaşdırılıb"
Energetika
24 Aprel , 2017 13:56
“Azərenerji” İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçib

Bakı. 24 aprel. REPORT.AZ/ “Bu il mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün “Azərenerji” ASC tərəfindən müvafiq işlər gerçəkləşdirilib. Cəmiyyətdə də artıq bir neçə müddətdir bununla bağlı lazımi təşkilati və texniki tədbirlər görülməyə başlanıb”. 

Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçirilib və iş qrafiki vaxta görə uyğunlaşdırılıb: “Cavabdeh şəxslər bu xüsusda təlimatlandırılıb və onlardan ibarət yeni növbətçilik cədvəli tərtib edilib. Sistem əhəmiyyətli elektrik verilişi xətləri üzrə təftiş intensivləşdirilib və bu istiqamətdə mövcud olan nəzarət gücləndirilib. “Azərenerji”nin rəhbərliyi tərəfindən bu gün qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ilə bağlı öz öhdəsinə düşən bütün vəzifələr bir daha nəzərdən keçirilib. Təchizatçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı ilə bağlı məsələlərə bir daha diqqət yetirilib. Bununla əlaqədar qarşıya qoyulan tapşırıqlara daha məsuliyyətlə yanaşılaraq baş verə biləcək hər hansısa bir hadisəyə hazırlıqlı olmağın vacibliyi ön plana çəkilib”. 

Son xəbərlər

Orphus sistemi