“Azərenerji” I rübdə 4 mln. dollarlıq elektrik enerjisi ixrac edib

“Azərenerji” I rübdə 4 mln. dollarlıq elektrik enerjisi ixrac edib Azərbaycan elektrik enerjisi ixracını 3 dəfə artırıb
Energetika
17 Aprel , 2017 11:40
“Azərenerji” I rübdə 4 mln. dollarlıq elektrik enerjisi ixrac edib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrə 3 934,62 min ABŞ dolları dəyərində elektrik enerjisi satıb.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 795,03 min dollar yaxud 3,5 dəfə çoxdur.

İlin ilk rübündə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 86 547,83 min kVt/saat elektrik enerjisi satılıb, bu da 2016-cı ilin ilk üç ayına nisbətən 59 477,24 min kVt/saat yaxud 3,2 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,15%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi