“Azərenerji” Gürcüstanda keçiriləcək beynəlxalq konqresə qatılacaq

“Azərenerji” Gürcüstanda keçiriləcək beynəlxalq konqresə qatılacaq Həmin tədbirdə Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun mütəxəssisləri iştirak edəcəklər
Energetika
10 Fevral , 2017 14:22
“Azərenerji” Gürcüstanda keçiriləcək beynəlxalq konqresə qatılacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Tbilisidə (Gürcüstan) fevralın 15-16-da “Hidroenergetika. Xəzər və Mərkəzi Asiya” adlı konqres keçiriləcək. 

“Report” xəbər verir ki, toplantıda bu sahədə çalışan şirkətlərin rəhbərləri, energetika nazirləri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Məlumata görə, Azərbaycan, Türkiyə, Ermənistan, İran, Rusiya, Tacikistan və Qırğızıstandan 40-dan çox böyük, orta və kiçik su elektrik stansiyalarının layihələri təqdim olunacaq.

Azərbaycanı bu tədbirdə “Azərenerji” ASC-nin rəhbərliyi təmsil edəcək. Qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı "Report"a bildirib ki, həmin tədbirdə “Azərenerji”ni Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun mütəxəssisləri təmsil edəcəklər.

Son xəbərlər

Orphus sistemi