“Azərenerji” gücləndirilmiş iş rejiminə keçir

“Azərenerji” gücləndirilmiş iş rejiminə keçir Bakı. 16 mart. REPORT.AZ/ “Azərenerji” ASC Novruz bayramı günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görüb və müvafiq qrafik rejimi tətbiq edib.
Energetika
16 Mart , 2018 12:22
“Azərenerji” gücləndirilmiş iş rejiminə keçir

Bakı. 16 mart. REPORT.AZ/ “Azərenerji” ASC Novruz bayramı günlərində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görüb və müvafiq qrafik rejimi tətbiq edib.

Bunu “Report”a açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

“Səhmdar cəmiyyətinin struktur vahidinə daxil olan qurumlar bayram günlərində stabil olaraq fəaliyyət göstərəcək. Ənənəvi olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görülür və enerji sistemin etibarlılığı diqqət mərkəzində saxlanılır. Ümumi günlərdə olduğu kimi, xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr tam məsuliyyətlə həyata keçirilir. Məlumdur ki, son dövrlər mövcud infrastrukturun yenidənqurulması, innovativ texnologiyaların tətbiq edilməsi ilə enerji sistemin etibarlılığı daha da artırılıb və situasiyalara davamlılıq səviyyəsi yüksəldilib. İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan tələbatı ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücü mövcuddur”, - deyə o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi