"Azərenerji" gücləndirilmiş iş rejiminə keçib

"Azərenerji" gücləndirilmiş iş rejiminə keçib ASC-nin növbətçi briqadalarının sayı artırılıb
Energetika
8 Dekabr , 2016 19:12
Azərenerji gücləndirilmiş iş rejiminə keçib

Bakı. 9 dekabr. REPORT.AZ/ “Energetika sisistemi dispetçer qrafikinə uyğun işləyir. Azərenerji” dəyişən hava şəraitinə hazırdır”.

“Report” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.

O deyib ki, hazırda qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı, ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, ASC-nin sturuktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib.

Y.Babanlı qeyd edib ki, ASC-nin enerjinin istehsalı idarəsi stansiyaların daha da keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrində məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərir: "Azərenerji” elektrik enerjisinin ötürülməsi idarəsi tərəfindən bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Bütün regional enerji şəbəkələri müəssisələri günün tələbinə uyğun gücləndirilən iş rejiminə keçib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb, onlar müvafiq nəqliyyat vasitələri ilə təmin edilib”.