"Azərenerji" elektrik xətlərinin mühafizəsini gücləndirib

"Azərenerji" elektrik xətlərinin mühafizəsini gücləndirib "Təchizatçılar fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin ediləcək"
Energetika
7 Aprel , 2017 15:58
Azərenerji elektrik xətlərinin mühafizəsini gücləndirib

Bakı. 7 aprel. REPORT.AZ/ “Azərenerji” olaraq, həmişə olduğu kimi, İslam Həmrəyliyi Oyunları zamanı da üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə hazırıq. Bununla əlaqədar texniki tədbirlər əvvəlcədən görülüb. Rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib edilib və elektrik xətlərinin mühafizəsi gücləndirilib”. 

Bu barədə “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.

Qurum rəsmisi bildirib ki, təchizatçılar tələbatlarına uyğun fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin ediləcək: “Artıq bir neçə ildir ki, respublikamızın beynəlxalq tədbirlərə, idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bunu deməyə bir daha əsas verir. Əminik ki, bu tədbir də layiqincə həyata keçiriləcək. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının tarixinə xüsusi həkk olunacaq”.