"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib - YENİLƏNİB

"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib - YENİLƏNİB Bakı. 21 iyul. REPORT.AZ/ Azərenerji ASC-nin 8-ci Mikrorayon adlandırılan xəttində açılma baş verib. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Bu da qısa müddətli olub.
Energetika
21 İyul , 2018 00:09
Azərenerji elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib - YENİLƏNİB

Bakı. 21 iyul. REPORT.AZ/ "Azərenerji" ASC-nin "8-ci Mikrorayon" adlandırılan xəttində açılma baş verib. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb. Bu da qısa müddətli olub". 

Bunu "Report"a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. 

Y.Babanlının sözlərinə görə, problem qısa zamanda aradan qaldırılıb. "Azərenerji" ASC-nin tabeliyindəki heç bir stansiyada hər hansı hadisə baş verməyib", - deyə o bildirib. ASC rəsmisi qeyd edib ki, hazırda stansiyalar öz gücündə çalışır.   


***23:40

Bu gün axşam saatlarında Bakı şəhərinin və ölkənin regionlarının bir qismində elektrik enerjisinin təchizatında fasilə yaranıb.

Məsələ ilə bağlı "Report"a açıqlama verən "Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev faktı təsdiqləyib.

Enerjinin təchizatında yaranmış təxminən 25-30 dəqiqəlik fasilə "Azərişıq" ASC-nin daxili imkanları hesabına aradan qaldırılıb. T. Mustafayev bildirib ki, elektrik enerjisinin nəqlində yaranan fasilə "Azərişıq" ASC ilə əlaqədar olmayan səbəblərdən baş verib.

"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı isə "Report"a bildirib ki, məsələ araşdırılır. Elektrik enerjisinin nəqlində yaranan fasilənin "Azərenerji" ASC-nin stansiyaları ilə bağlı olub-olmaması araşdırılır. 

Son xəbərlər

Orphus sistemi