“Azərenerji” elektrik enerjisi istehsalını artırıb

“Azərenerji” elektrik enerjisi istehsalını artırıb Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin fevral ayında “Azərenerji” ASC 1,921 mlrd. kVt/saat elektrik enerjisi ixrac edib. 
Energetika
2 Mart , 2018 12:36

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin fevral ayında “Azərenerji” ASC 1,921 mlrd. kVt/saat elektrik enerjisi ixrac edib. 

Bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. 

Onun sözlərinə görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 13 mln. kVt/saat yaxud 0,68% çoxdur. 

“Ötən ay ölkənin davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan elektrik enerjisi sisteminin etibarlılığının təminatı məsələsi diqqətdə saxlanılıb və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı müvafiq işlər davam etdirilib. Görülən effektiv işlərin nəticəsində “Azərenerji” təchizatçıları tələbatlarına uyğun olaraq, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edib. Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb. O cümlədən, "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb” – Y.Babanlı bildirib.

Son xəbərlər

Orphus sistemi