Yuxarı

“Azərenerji” dəyişən hava şəraitinə hazır olduğunu bəyan edib

Ölkənin enerji sisteminin dayanıqlığı daha da möhkəmlənib və xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib

Bakı. 10 dekabr. REPORT.AZ/ “Azərbaycanın enerji sistemi dispetçer qrafikinə uyğun işləyir. “Azərenerji” dəyişən hava şəraitinə həmişə hazırdır”. Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yeni təyin edilmiş rəisi Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, ölkənin enerji sisteminin dayanıqlığı daha da möhkəmlənib və xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib: "Hazırda qeyri-sabit hava şəraiti, temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib”.

Xidmət rəisi deyib ki, “Azərenerji”nin istehsal idarəsinin bütün müəssisələrində stansiyaların daha da keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərir: “ASC-nin elektrik enerjisinin ötürülməsi idarəsi tərəfindən bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Bütün regional enerji şəbəkələri müəssisələri günün tələbinə uyğun iş rejiminə keçib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi