“Azərenerji”də struktur dəyişikliyi edilib

“Azərenerji”də struktur dəyişikliyi edilib ASC-nin mətbuat xidməti ləğv olunub
Energetika
10 Dekabr , 2016 10:16
“Azərenerji”də struktur dəyişikliyi edilib

Bakı. 10 dekabr. REPORT.AZ/ “Azərenerji” ASC-nin mətbuat xidməti ləğv edilib.

“Report”un məlumatına görə, ləğv edilən qurumun yerində İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi yaradılıb.

"Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Yəhya Babanlı yeni yaradılan İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinə rəhbər təyin edilib.

ASC-nin keçmiş mətbuat xidmətinin müavini Ələkbər Baxşəliyev isə yeni şöbənin müdir müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ə.Baxşəliyev artıq bir neçə il idi ki, “Azərenerji”nin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, Y.Babanlı bundan öncə Dövlət Miqrasiya Xidmətində və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi