"Azərenerji"də 3 illik “Reabilitasiya Proqramı”nın icrası başa çatdırılıb

"Azərenerji"də 3 illik “Reabilitasiya Proqramı”nın icrası başa çatdırılıb "İşğaldan azad edilən ərazilərlə paralel olaraq, enerjisistemdə yenidənqurma, bərpa və modernləşdirmə prosesi uğurla davam etdirilir".
Energetika
20 Oktyabr , 2021 09:40
Azərenerjidə 3 illik “Reabilitasiya Proqramı”nın icrası başa çatdırılıb

"İşğaldan azad edilən ərazilərlə paralel olaraq, enerjisistemdə yenidənqurma, bərpa və modernləşdirmə prosesi uğurla davam etdirilir".

“Report”un məlumatına görə, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib.

Onun sözlərinə görə, 2018-ci ildən Prezidentin tapşırığına əsasən, ölkə enerjisistemində başlayan yeni islahatlara uyğun olaraq, mövcud generasiya güclərinin potensialı artırılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində irimiqyaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilir.

B.Rzayev xüsusi olaraq diqqətə çatdırıb ki, 2018-ci ilin sentyabr ayında qəbul edilən “Reabilitasiya Proqramı”nın icrası bu il uğurla başa çatıb: “Proqramda nəzərdə tutulmuş bütün tədbirlər tam yerinə yetirilib. Həyata keçirilmiş modernləşmə işləri nəticəsində mövcud elektrik stansiyaların qış rejimində 1000 MVt, yay rejimində isə 800 MVt-dan çox “itirilmiş” generasiya gücləri bərpa edilib. “Reabilitasiya Proqramı” çərçivəsində istismar müddətini çoxdan başa vuran “Azərbaycan” İES-in hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku yenidən qurularaq 600 MVt-dək yük bərpa edilib, stansiyanın ömrü ən azı 20 il uzadılıb. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının 500 və 330 kV-luq yarımstansiyaları tamamilə yenidən qurulub”.

Son xəbərlər

Orphus sistemi