"Azərenerji" çevik və təkmil idarəetmə mexanizmi üçün yeni struktur üzərində işləyir

"Azərenerji" çevik və təkmil idarəetmə mexanizmi üçün yeni struktur üzərində işləyir
Energetika
328
21 Sentyabr , 2018 15:10
Azərenerji çevik və təkmil idarəetmə mexanizmi üçün yeni struktur üzərində işləyir
“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 21 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə yeni təyinatdan sonra bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. 

Bunu "Report"a "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, hazırda bütün enerji obyektlərinə kompleks baxış keçirilir.

"Ölkə enerji sisteminin infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Müəssisələrdə əmək və xidmət intizamının möhkəmləndirilməsi istiqamətində bir sıra addımlar atılır.

Çevik və təkmil idarəetmə mexanizminin qurulması üçün yeni struktur üzərində işlər aparılır. Eyni zamanda kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə olunması kimi vacib məsələlər diqqət mərkəzindədir.

Müntəzəm olaraq gedən proseslər barədə ictimaiyyətə və KİV-ə məlumat veriləcək", - o qeyd edib.